Alimdən COVİD-19-la bağlı şok açıqlama

Çinin Uhan şəhərindəki laborotariyada işləmiş amerikalı professor Endryu Haff koronavirusun süni şəkildə yaradıldığını iddia edib.

Müstəqil.Az  Axar.az-a istinadən xəbər verir ki, bu barədə alimin yazdığı “Uhan haqqında həqiqətlər” kitabında qeyd olunub.

Epidemioloq Çində aparılan təcrübələrin ABŞ tərəfindən maliyyələşdirilən Vuhan Virusologiya İnstitutunun laboratoriyasından sızma ilə nəticələndiyini deyib:

“Çin ilk gündən bilirdi ki, bu, geni modofokasiya olunmuş virusdur. Təhlükəli biotexnologiyanın çinlilərə ötürülməsində də günahkar ABŞ hökumətidir. Ən dəhşətlisi odur ki, ABŞ hakimiyyəti dünyaya yalan danışdı və Çində COVİD-19-la bağlı vəziyyətə aidiyyətini inkar etdi”.

Müstəqil.Az

Share: