Albaniya baş nazirinə yumurta atdılar (VİDEO)

Albaniyanın baş naziri, hakim Sosialistlər Partiyasının lideri Edi Ramuya yumurta atıblar.
Müstəqil.Az Qaynarinfo-ya istinadla xəbər verir ki, hadisə Albaniya parlamentində müxalifət nümayəndələri debatlar zamanı baş verib. Edi Ramuya yumurta atıblar.
Dekabrın əvvəlindən ölkədə kəsr imtahanları üçün pul yığılmasına etiraz edən tələbələr kütləvi aksiyalar keçirir. Hökumət rüsumu ləğv etməklə tələbələrə güzəştə getsə də, etirazçılar yeni tələblərlə çıxış ediblər.
Müxalif deputatlarla müzakirə aparan zaman baş nazir deyib ki, ən yaxşısı onların bir-biri ilə müzakirələr aparmasıdır. Bu, deputatların narazılığına səbəb olub və Demokratik Partiyanın deputatı Endryu Xas baş nazirə yumurta atıb.


Share: