Aləm Kəngərlinin “Qatarda 18 əhvalat”ı…

“Həyatdakı insanlar sırf yaxşı və pis adamlardan ibarət deyil. Biz hamımız yaxşılığa meylli olsaq, inanın ki, mənəvi deqradasiyaya son qoya bilərik”. 

Aləm Kəngərli

Ədəbiyyat dünənin aynasında bu günü görmək və sabahı bədii dillə göstərməkdir. Sabahı isə yazarın işığı ilə görürük. Sabaha gedən yolu yazar daşdan-kəsəkdən elə təmizləməlidir ki, gələn nəsil o yolla addımlayanda büdrəməsin.  Əgər dünyamız bü günə qədər ali hissləri – sevgini, sayğını,  insanlığıözündə saxlamağı bacarıbsa, bunun üçün ədəbiyyata, incəsənətə borcluyuq. Elm-texnika əsrindəşeir, mahnı, rəsm yazan, yazdıqca sevən, sevilənlər varsa, deməli dünya boşuna fırlanmır, deməli insanlıq yaşayır. Ürəyində sevgi bəsləyən, böyüdən birisi bütün pisliklərdən uzaq olar, ən çoxu, zamana, məkana, zaman hakimlərinə, özünə asi çıxar… şeir, mahnı, roman, rəsm … yazar… Təki belə asilərdən xali olmasın dünya! Təki belə asilərimiz çox olsun.

Sizə bir kitabdan söz açacağam: Aləm Kəngərlinin “Qatarda 18 əhvalat”  adlı hekayələr toplusundan.

Aləm Kəngərli (Əkbərov) Naxçıvanda doğulub, boya-başçatıb. Naxşıvan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirib. Bədii yaradıcılığa orta məktəb illərindən başlayıb. Şərur qönçələri” ədəbi birliyinin üzvü olub. Şeirləri, hekayələri, publisistik yazıları dövri mətbuatımızda daim işıüzügörüb. Azərbaycan Jurnalistlər Birliyinin üzvüMəmməd Araz “ mükafatı laureatıdır. “Qatarda 18 əhvalat” müəllifin sayca ikinci kitabıdır. Bundan əvvəl “Naməlum adam” hekayələr toplusu işıüzügörmüş və oxucuların diqqətini cəlb etmişdir.

“Qatarda 18 əhvalat” (“Qanun nəşriyyatı” 222 səh) 18 əhvalatdan,  hekayədən ibarətdir. Kitabın başqa kitablardan ilk nəzərəçarpan fərqi, hər bir hekayənin proloqunda  sujet xəttinə (hadisələri bir yerə cəmləşdirərək, xarakterlərin bədii portretini çəkmək) fərqli yanaşmasıdır. Təhkiyəçi oxucunu əsəri ilətəkbətək qoymur, özü oxucu iləüzbəüz oturaraq, əsərin incəliyinə varır. Bu, oxunacaq əsərə hazırlıq məqsədiylə olsa da, dinləyiciyə (oxucuda) qarşıdakı hadisələrin (hekayələrin) daha maraqlı olacağı proqnozunu verir və diqqəti birbaşa hekayəyə yönləndirir.

Kitabda ən çox sevdiyim “Missiya” adlı hekayə ilə söhbətimə başlamaq istəyirəm. Sokrat deyir ki: “Dünyada həşeyə dəyər vermək mümkündür, lakin müəllimin əməyinəəsla dəyər verilə bilməz”. “Missiya” da Aləm Kəngərli müəllim əməyinə olan ölçüsüz dəyərini məzmunlaşdırıb. O, Sevil müəllim obrazında bütün həqiqi müəllim adını daşıyanlara bu hekayə ilə minnətdarlığını bildirir.

Əsərin qəhrəmanı Sevil müəllimin bədii portretinə nəzər saldıqca, oxucunun qəlbi fərəhlə dolur, öz öyrətmənlərini xatırlayır. Bu əsəri oxuduqca sevimli müəllimlərim: Qərənfil müəllim,  İsa müəllim,  Firad müəllim… Sevil müəllim şəklində sətirlərin arasından boylandı mənə. Və bu məmnuniyyət dolu nastalji hisslərə kökləndikcə, müəllifə minnətdarlığım gücləndi.

Sevil müəllim öz işini sevir, şagirdlərini sevir, ölkəsini sevir, Vətəninin gələcəyini sevir vəüzərinə düşən missiyanı vicdanının qəlibində cilalayaraq həyata keçirir. Dərsi buraxan ən qabaqcıl şagirdinin taleyi onu o qədər narahat edir ki, hətta: Əşi, bəsdir də, bezdim daha, sən bu xarabaya bir gün vaxtında gələcəksən, ya yox?! Qabağıma qoyacağın bir tikəçörəyi də zəhərə döndərirsən. O məktəbdə səndən başqa da müəllim yoxdu?! Bu uşaqların qayğısınıçəkmək təkcə sənəmi qalıb?! Bəsdir qapıları gəzdin! Qurtar bu oyunu! Qurtar! Başa düşdün məni?” deyən ərinə də məhəl qoymadan öz missiyasından qalmır. Bu epizodda ərinin danlaq dolu sözləri əslində Sevil müəllimi oxucu gözündə pillə-pillə qaldırır. Bu hirsli sözlərdə qəhrəmanın içüzü tam açıqlığı ilə görüntülənir. Vəzifə və vicdani borcunu layiqincə yerinə yetirən hər bir insan kimi Sevil müəllim də: “…Bir ailəni dağılmaqdan, iki gül balanın da dağıntıların altında qalmasından xilas edəcəyinəəmin idi”.

“Qəfil görüşün adıəsər barədə ilk məlumatı verir. Hekayədə uzun illər bir-birindən ayrı düşən sevgililərin – Taleh və Könülün qəfil görüşündən söz açılır. Əsərin girişi baharın gəlişini (həm də könüllərə) bədii bir dildə oxuculara çatdırır: Sanki quşlar həmişəkindən daha canfəçanlıqla cəh-cəh vururdular. Səhər yenicəaçılırdı. Taleh pəncərənin şüşəsində oynaşan yaz günəşinin işartılarını görüb ehmalca yerindən qalxdı Bu ekspozisiya nəsrdə təcrübəsi olan müəllifin əsərindən xəbər verir. Müəllif sadə və bitkin şəkildə oxucuda təbiət təsviri yaradır və bundan sonra əsərin qəhrəmanı Talehlə tanış oluruq: O qəfil görüşdə Taleh: “…qayğılı gözləri ilə Könülə iki metrlik məsafədən deyil, sanki on illik tarixi olan şirin xatirələrlə dolu uzaq keçmişdən baxırdı.  Onlar ayrılsalar da, Könül Talehi sevir, Taleh də Könülü sevir(?)!

Taleh səhhəti iləəlaqədar həkim qəbuluna gedir və bu həkim illərin o tayında qalan sevgisi Könüldür.  Lakin Talehin Könülə: “Vallah, yazıya-zada fikir verməmişəm(həkimin qapısına yazılan ada.İradə Ay), bilsəydim burada işləyirsən, qayıdıb gedərdim”, deyərək, oxucuda Talehə qarşı ikrah oyadır. Düşünürsən, necə olur ki, illərin keçməsinə baxmayaraq qadının sevdiyi, cəsarətlə yaxınlaşdığı bir kişi bu qədər laqeyd olsun?..  Bu laqeydliyi oxucu dərk etdikcə, qadına olan sevgi öləziməyə başlayır. Bütün bunlar isə hekayənin ritmdən düşməməsinə zəmin yaradır.

“Qəfil görüş” zamanımızla ayaqlaşmağı bacarır – hadisələr gözlənildiyindən tez cərəyan edir. Necə ki, texnika əsrinin adamları səbrsiz, hövsələsiz, tələskəndir, eləcə də hekayədəki hadisələr qabaqdan gəlir. Şəxsən mən, bir qadın olaraq, hekayənin qadın qəhrəmanının illər sonrası Talehin qollarına can atmasını birmənalı qəbul etmədim. Talehin bir an öncə Könülün otağından çıxıb getmək cəhdinə rəğmən Könül deyir: Taleh, əgər gerçəkdən məni sevirsənsəçəkdiyim əzabları bir an mənə unutdur. Bas bağrına, öp məni. Gənclik illərində olduğu kimi: ürəkdən, çılğınlıqla, var gücünlə…”.Əsərin bu yerindəözümə sual verirəm, belə qadınmı olar?Ər bir aylıq da olsa, harasa gedib dönən zaman  heç bir qadın bu qədər cəsarətləərinə “məni öp, bağrına bas” deyə bilməz. Hər ayrılıq sonrası qadın sevdiyi kişi ilə ilk dəfə görüşürmüş kimi görüşür, utancaq, titrəyə-titrəyə… Belə məqamları hekayədə qəbul etməsəm də, əsərin daha çox görünməyən tərəflərindəki reallığa heyran qalıram. Talehlə Könülün qarşılaşması onu göstərir ki, qadınlar sevən zaman kişilərə nisbətdə daha cəsarətlidir. Və müəllif bu bir epizodlu hekayə ilə acımasızca oxuculara mesaj verir: bütün platonik hisslər reallığın ayaqları altındadır, reallıq istəsə onu əzər, istəsə başa çıxarar. Və o hisssiz, duyğusuz reallıq adətən xəyalları tapdalamağı, əzməyi sevir. Necə ki, Könülün illərlə qoruyub saxladığı ilahi sevgisi Talehin qapınıörtüb getməyi iləəzildi…

“Qürbətdə və “Qonaq” hekayələri ideyaya tam adekvat olan əsərlərdəndir. Elə bu baxımdan bu əsərləri (Tur Xəndan: “Ən kamil əsər ideyaya adekvat olan əsərdir”) kamil bir əsər adlandırmaq olar. Müəllif Səfər kişinin və Allahverdinin obrazları ilə bu günümüzün ən böyük sorunu olan qürbət adamlarının çətinliklərindən məharətlə söz açıb. Bir tikəçörək pulu ucbatından elindən-günündən, balalarından uzaq düşən Səfər kişi Vətən həsrəti ilə qovrulsa da, evinə dönməyəözündə cəsarət çatmır: Hər cür məhrumiyyətlərə dözən, iztirablara sinə gərən, atalarını sifətdən tanımayan qəlbiqırıq, boynubükük qızlarına özünü necətəqdim edəcək”. Bax, burada əsər elə bir zavyazkaya uğrayır ki, bu düyün oxucunun boğazında çiləkənləyir, ailəsini atıb gedən eloğlusuna qarşı məhrəm hisslər oyadır. Əsərin sonunda gəncliyini uzaq eldə qoyub gələn Səfər kişi çiyinlərində Vətənin (eloğlusunun) “əlini” hiss edir. Nə gözəl məqamdır deyilmi?! Böyük – Vətən! Ali – Vətən! Güvənc yerimiz – Vətən! Anamız – Vətən! Son evimiz – Vətən!

“Qaş düzəldən yerdə” satirik bir hekayədir. Burada müəllif acı bir yumorla zamanımızdakı eybəcərliklərdən söz açır, böyük iş adamı Cəbrayıl müəllimlə sadə, kasıb ailənin başçısı Bəhlul kişini qabaqlaşdırır. Bu qabaqlaşmanı maraqlı bədii priyomlarla qələmə alan müəllif, təkcə bu iki nəfərin deyil, onların həyat yoldaşlarının da sosial şəraitlərinə, zamanlarına, məkanlarına necə bənzədiyini məharətlə göstərir.

“Seçim, “Kupedə və Ənənə” hekayələrində müəllif oxuculara “iş və eşi kəndin seçməlisən və zamanında” ismarışını verir. “Seçim”də zamanında evlənməyən əsərin qəhrəmanı Nicatın başına gələnlər yumoristik bir şəkildə qələmə alınıb.

“Ehsan” hekayəsinin sujet xətti adi kənd həyatından rişələnsə də, məzmun məkansızdır, dünyəvidir. İnsanların axirət dünyasınıözləri qazandıqlarından və axirətin görünməz dərinliklərinin əslində elə burada – fani dünyada çizildiyindən söz açılır.

 “O olmasın, bu olsunSanatoriyada” hekayələri  gender bərabərliyini pozan kişilərin içüzünü göstərir. “Sanatoriyada” adlı hekayədə uzun illər işinə və evinə bağlı olan Həsən kişinin timsalında bütün kişilərin içüzü açılır. Vəəsərdəki qəhrəmanla yanaşı addımlayan obrazların simasından niqab pərdə-pərdə götürüldükcə, idealarımızı içdən didən rüşvət xərçəngi (xərçəng də qurbanını içdən, gizlin yeməyə başlayır) göz önündə canlanır. Mövzu sanatoriyaya dincəlmək, eyş-işrət yaşamaq üçün gedən Həsən kişinin ətrafında dolaşsa da, oxucu rüşvət rüşeyminin köklərini görür. Ümumiyyətlə, bədii priyomları və hadisələri mərhələli qələmə almaq  nəsrin vacib elementlərindəndir (Aristotel: “Hər bir kamil sujetin başlanğıcı, ortası və sonu olmalıdır”). Müəllif mərhələylə oxucunu əsərə elə adekvat edir ki, oxucu əsərdəki zamanı, məkanı, hadisələri, insanları görür, zaman və məkanda  baş verənləri addım-addım çözür və hər epizodda özüəsərin qəhrəmanı olur. Yəni bədii əsər reportaj incəliklərinin ştrixlərinə də varır:  gəzdirir, maarifləndirir, həyəcanlandırır…

“OğruQaydaVelosiped sevdası, “Dilənçi, “İkili yanaşma hekayələri də müəllifin bədii bir dillə zamana baxışı və oxucuya aşılayacağı dəyərli həyat normaları ilə yazılan əsərlərdəndir.  “İkili yanaşma”da qələm adamlarının – doğrunu yazan, həqiqəti göstərən, halal əməyi ilə yaşamağa üstünlük verənlərin savadsız məmurların gülüş obyekti olduğunu və qarşılaşdığıçətilnlikləri göstərir.

“Səninləyəm” hekayəsində sufizm elementləri nəzərəçarpır. Burada müəllif Murad obrazını o qədər kamil yaradıb ki, ali təhsilli, intellektli, müasir düşüncəli bir gəncin, əslində maddi aləmdə gözünün olmadığını, insanlara olan təmənnasız münasibətini, ali varlığın cisimdən deyil, iç dünyasını işıqlandıran zərrələrdən ibarət olduğunu göstərir. Əsərin razvyazkasında  Muradın tələbə yoldaşı Zümrüdə olan ilahi sevgisinin pərdələri açılır. Murad Zümrüdün fiziki qüsuruna yox, mənəvi kamilliyinə aşıqdir və bu eşq hekayənin finalında Tanrıya yüksəlir…

Aləm Kəngərli qələmində sevdiyim bir özəlliyi də qeyd edim: müəllif bütün əsərlərində yad dillərdən götürülmüş sözlərə yox, öz əski türkçəmizəüstünlük verir və dilimizin daha rəvan, daha anlayışlı olmasıüçün əlindən gələni əsirgəmir. Məhz “Səninləyəm” hekayəsində hamının “ofisiant deyə, qələmə aldığı obrazısüfrəçi” adlandırmağıçox xoşuma gəldi. Necə gözəl səslənir bu ad – doğma, sadə və səlist…

On dördüncüəhvalatın proloqunda müəllif yazır: “”33 il sonra hekayəsindən başqa yerdə qalan bütün hekayələrimin qəhrəmanları uydurma deyil, həyatdan götürülmədir. Onların az qala hamısının həyatda prototipi var”. Əlbəttə, yazıçı zamanını yazır ilk növbədə və müəllifin oxucunu inandırmaq məharəti zamandakı insanların (oyunçuların, personajların, obrazların) nə dərəcədə həqiqi olmasından asılıdır. Bu həqiqət nə qədər qabarıqdırsa, təxəyyül süzgəcindən keçən əsər o qədər canlı olacaq. Bütün bunlara rəğmən müəllif “33 il sonra” fantastik hekayəsindəki robortlara da maraq oyatmağı bacarır, sürətlə inkişaf edən XXI əsrin ən böyük kəşfi robortların 33 il sonra bütün sahələrdə insanlığı geridə qoyacağına inandırır. Robortlar ixtiralar edir, robortlar elmi məqalələr hazırlayır, robortlar evlənir, robortlar şeir yazır… Amma bütün bu fantastik hadisələrin fonunda bir həqiqət dayanır: əsrimiz robortlaşmaya doğru gedir, texnika əsri dünyamıza gətirdiyi yeniliklərlə birgə böyük bir bəlaya – insanların robortlaşmasına qapı açır. Küçələrdə qulaqcıqlar geymiş adamlar hansısa musiqinin, filmin, qaragüruh səs-küyün təsiri altında necə də roborta bənzəyirlər – vecsiz, hissiz, duyğusuz, proqramlaşdırılmış robortlara. O qulaqcıqlar insanlığı öldürmək üçün yaradılıbdı sanki. İfadəsiz üzlər, öz dünyasına qapılmış gənclər, yanından ötən işığa göz yuman xoşbəxtlik axtaranlar, ailə içində vaxtını övladları ilə nahara, söhbətə ayırmaq əvəzinə kompüter arxasındakı robort adamlara ayıranlar, təmasla, gözlə, hərəkətlə, nəfəslə oxumağı, sevməyi arxada qoyub monitorla oxuyanlar, sevənlər və s…

Bəli, mən inanıram ki, 33 il sonra bu robort insanlar Aləm Kəngərlinin yazdığı kimi insan robortlara çevriləcək və çizəcək, pozacaq, mübahisə edəcək, şeir yazacaq, evlənəcək… Tanrının yaratdığı ali varlıqları – insanlığı ələ keçirəcəklər! Bax, o zaman Tanrı öz yaratdığı bəndəsinə, bəndə öz yaratdığı elmin zirvəsinə uzaqdan boylanacaqdır…

“33 il sonra” hekayəsi həm də onu göstərdi ki, Aləm Kəngərli ədəbiyyatın çox az rast gəlinən janrında – fantastik ədəbiyyatda da qələmini uğurla sınamış, bu janrda böyük əsərlər yazacağına oxucu əminliyi qazanmışdır.

Qeyd: Dəyərli ədəbiyyat nümunəsi barədə yazmağı həmişə özümə borc bilmişəm. Və yazdıqlarımın arasında müəllifini birbaşa tanıdığım əsər çox az olub. Sevindirici haldır ki, Aləm Kəngərlini həyatdan tanıyıram. Yaradıcı insanın şəxsiyyəti ilə yazdıqları harmonik olanda, bir-birini tamamlayanda oxucu məmnuniyyəti daha da qabarır. Aləm Kəngərli də belə yazarlardandır – dəyərli şəxsiyyət, hörmətli ziyalı, cəmiyyət və bəşəriyyət üçün təmənnasız xidmət göstərənlərdən…

Əlbəttə, haqqında danışdığım bu nəsr əsəri tənqidçi süzgəcindən keçən zaman “belə olsa, daha yaxşı alınardı” kimi fikirlərdən xali deyil. Kitabda müəlliflə razılaşmadığım məqamlar yer alsa da, bu məqamlardan çox az söz saldım. Klassik ədəbiyyata köklü adamlardanam axı mən, müasir ədəbiyyat isə çevikliyi, lakonikliyi, məntiqi ilə seçilir, bədii və estetik ritorikaya yol vermədən, məğzi bu tələskən dünyanın ötərgi adamlarına çatdırmağı sevir.

Kitabın epiloqunda müəllif yazır: İnşallah,gələcəkdə sizi digər qəhrəmanlarımla da tanış edəcəyəm. Onlar da bu 18 hekayədə tanış olduğunuz qəhrəmanlarım kimi müsbət və mənfi ampuladadırlar. Həyatdakı insanlar sırf yaxşı və pis adamlardan ibarət deyil axı. Amma biz hamımız yaxşılığa meylli olsaq inanın ki, mənəvi deqradasiyaya son qoya bilərik”.  

İnsanları mənəvi deqradasiyadan qorumaq yolunu özünə missiya edən müəllifə yeni-yeni əsərlər arzulayır, yolunuz işıqlı yoldur, işığınız sönməsin, deyirəm!

70349083_2941176422562683_2445125989714362368_nİradə Aytel

 

 

Share: