Aİ-dən Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar

Aİ-dən Rusiyanın dondurulmuş aktivləri ilə bağlı qərar

Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən gəlir əldə etməyi planlaşdırır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, Aİ-nin üzvləri İspaniya, Belçika, İtaliya, Fransa və Almaniya rəsmiləri ilə görüşlər keçirəcək.

“Rusiya Mərkəzi Bankının Aİ-də aktivlərinin təxminən 3 milyard avro gəlir gətirəcəyi gözlənilir”, – deyə nəşrdə bildirilib.


Share: