
Amerikalı aktrisa Liza Lorinq dünyasını dəyişib.
“Qafqazinfo” “Deadline” nəşrinə istinadən xəbər verir ki, o, 64 yaşında vəfat edib.
Aktrisa dörd gün əvvəl insult keçirmişdi.
Qeyd edək ki, L. Lorinq 1964-cü ildə işıq üzü görmüş “Addams ailəsi” serialındakı “Vensdey Addams” obrazı ilə tanınıb. Çəkiliş vaxtı onun 6 yaşı olub.
