MƏNİ YANDIR
Könlündə olan eşq oduna sal məni yandır
Dinməz yaşadıb, qoynuna qoy, lal məni yandır
Cənnətdə bitən gül- çicəyi qısqana bilsən
Bir Lalə kimin, bağrıma çək xal məni yandır
Can sevgi yolun getmək üçün tut qanadımdan
Sənsiz yaranan, nisgilimi al məni yandır
Ulduzla- ayın aç qapısın, çıx gecələrdən
Versin görüşün, könlümə xoş, hal məni yandır
Eşqin kərəmi, doğru Vüsal, əslisi hicran
Yandırmağıma, bir kərəmi çal məni yandır
Canlar dənizin, sevgi gəzir öz gəmisiylə
Gəl məndə dərin bir dənizə, dal məni yandır
Gülşəndə görüş günləridir, gəl küsü tutma
Gül, qönçə dodaqdan süzülüb bal məni yandır
Elman dil açıb, yalvaracaq ömrü boyunda
Ta var nəfəsim, sevmək üçün qal məni yandır
***
YAŞADIM
Tut əlimdən gözəlim, sevgini sultan yaşadım
Varalım can yoluna, sən canı, canan yaşadım.
Qoşulum arzuların göydə uçan quşlarına
Qanadından asılı, istəyi hər an yaşadım.
Düşünüm sevgi nədir, düz yolu könlüm tanısın
Ürəyimdən güc alan, çağrını iman yaşadım.
Qatılım gül – çiçəyin, hər açılan yarpağına
Doğulan hər səhərin, bağrını əlvan yaşadım.
Səni bir kəbə görən, var – yoxumun qibləsi ol
Başına dönmək üçün, könlümü qurban yaşadım.
Tutulan can günəşın, hörmələrindən düyün aç
Sənilən birlik edim, sevməli dövran yaşadım.
Ətəyindən daşı tök, ayrılığı qoy qırağa
Sevinən göz yaşımın, damcısın ümman yaşadım.
Nağılın son dəyərin, alma deyirlər üç ədəd
Mənim almam özün ol, gözləyir bağban yaşadım.
Qəzəlin şahqızısan, sözlü ürəklər sarayın
Qələmimdən hayın ol, orda nıgəhban yaşadım
Darıxan könlümə gəl, qoy sənə bağrım yarıla
Yaramın mərhəmi ol, dərdimə, dərman yaşadım.
Yetir Elman diləyin, saçları parlaq günəşə
Açılan hər hörüyün, ömrümə fərman yaşadım.
O.D.ELMAN
Təbriz






















