“ABŞ Rusiya və Çinlə münaqişəyə hazır olmalıdır”

“ABŞ Rusiya və Çinlə eyni vaxtda baş verə biləcək mümkün münaqişələrə hazır olmalıdır”.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresi yanında Amerikanın strateji konsepsiyası məsələləri ilə məşğul olan Komissiyasının hazırladığı hesabatda deyilir. 

Hesabatın müəlliflərinin fikrincə, Rusiya və Çin tərəfindən təhdidlər ciddilik səviyyəsinə görə eynidirlər, buna görə də, ABŞ bu təhdidlərə eyni anda qarşı durmağa hazır olmalıdır. 

Bununla əlaqədar qeyd olunur ki, ABŞ öz əlaqələrini gücləndirməli, eləcə də nüvə və qeyri-nüvə silahlarının modernləşdirilməsi proqramlarını genişləndirməlidir.

 


Share: