
ABŞ tərəfindən maliyyələşdirilən qeyri-hökumət təşkilatı “Marshall Legacy Institute” daha 5 minaaxtaran iti Azərbaycana göndərib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi feysbuk səhifəsində paylaşım edib.
“Burada həyat xilasetmə işlərinə başlayacaq olan Tina, Deks, Ayron, Klara və Brunonu salamlayırıq!”, – deyə paylaşımda qeyd olunub.