ABŞ lotereya tarixində ikinci ən böyük çekpot uduldu

 ABŞ-nin Kaliforniya ştatında yaşayan bir şəxs dünya tarixində ikinci ən böyük cekpot olan 1,76 milyard dollarlıq “Powerball” cekpotunu udub.

“Qafqazinfo” xəbər verir ki, lotereya təşkilatı “The California Lottery”nin verdiyi açıqlamaya görə, indiyədək keçirilən 36 tirajda qalib müəyyən olunmadığı üçün uduş transfer edilərək artıb və 1,76 milyard dollara çatıb.

Qeyd edək ki, ABŞ tarixində ən böyük lotereya cekpotu 2022-ci ilin noyabrında 2,04 milyard dollarlıq “Powerball” lotereyası olub.

ABŞ-nin 45 ştatında oynanan “Powerball”da qalib gəlmək şansının 292,2 milyonda bir olduğu bildirilir.


Share: