ABŞ-ın dövlət katibi müsəlmanları təbrik etdi

ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo bütün müsəlmanların Müqəddəs Qurban Bayramını təbrik edib.

Publika.az xəbər verir ki, dövlət katibi videomesaj vasitəsilə dünya müsəlmanlarına müraciət edib:

“Bütün müsəlmanları Həcc ziyarətinin sonunu işarə verən Qurban Bayramı münasibətilə təbrik edirəm. Qurban Bayramı dünyanın bir çox fərqli yerindəki müsəlmanların yoldaşları və ailələri ilə bir araya gəldiyi təfəkkür və ibadət zamanıdır. Müsəlmanlar qurban kəsər və ehtiyac sahiblərinə yardım edər. Bu proses hamımız üçün bir örnək təşkil edir. ABŞ Dövlət Departamenti adına hamımızın Qurban Bayramını təbrik edirəm”.

Share: