ABŞ Maliyyə Nazirliyi Moskvada yerləşən “Intellect” şirkətini və onunla əlaqəli Rusiya vətəndaşı Sergey Kozlovu Şimali Koreyanın sanksiyalar siyahısına daxil edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, siyahıya daxil olmaq ABŞ-də aktivlərin dondurulması deməkdir. Bundan əlavə, ABŞ vətəndaşları və şirkətləri məhdudlaşdırıcı tədbirlər görülən fiziki şəxslər və firmalarla iş görə bilməz.