Şavkat Mirziyoyev üç azərbaycanlını ordenlə təltif etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev üç azərbaycanlını “Dostluq” ordeni ilə təltif edib.

“Qafqazinfo” xəbər verir ki, müvafiq Fərman dövlət başçısının rəsmi saytında yerləşdirilib.

Təltif olunanlar AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, akademik Şahin Məcid oğlu Mustafayev, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Baxşəli oğlu Əskərov və AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Azərbaycan-Türkmənistan-Özbəkistanın ədəbi əlaqələr şöbəsinin müdiri Almas Qasım qızı Binnətovadır.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Özbəkistan Respublikasının üç mədəniyyət xadiminin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Share: