Futbolçular fasilədə bir-birlərini döydülər, polis ayırdı

Argentinanın “Boka Xuniors” klubunun futbolçuları – perulu müdafiəçi Karlos Sambrano və argentinalı hücumçu Dario Benedetto Argentina çempionatında “Rasinq”lə oyunun fasiləsində dava ediblər.

Onlar bir-birlərinə zərbələr endirib və söyüblər.

Bildirilir ki, Sambrano ikinci hissədə oyuna gözünün altı qaralmış halda qayıdıb.

Münaqişənin səbəbi Benedettonun birinci hissənin yekunlarına görə tərəfdaşlarını məzəmmət etməsi olub. O, bir neçə futbolçunu, o cümlədən Sambranonu tənbeh edib.

Futbolçular hirsli baxışlarla paltardəyişmə otağına daxil olublar. Fasilədən sonra Sambranonun gözünün altında qara, burnunda isə qırmızı ləkələr olub. Benedettonun isə boynunun sağ tərəfində qırmızı ləkələr müşahidə olunub.

Futbolçuları ayırmaq üçün polis müdaxilə etməli olub. Lakin hadisə ilə bağlı cinayət işinin açılmayacağı qeyd edilir.

Klub davada iştirak edən futbolçuları iki oyunluq heyətdən kənarlaşdırıb.

Mənbə: Gazeta.ru

Share: