Aralıq dənizi həddən artıq isinib: Heyvanlar və bitkilər məhv olur

Aralıq dənizi normadan 3-5°C artıq isinib. Buna görə də Təl-Əvivdən Fransa Rivierasına və ya Barselonaya qədər olan ərazidə heyvanlar, bitkilər və digər orqanizmlər məhv olur.

2015-2019-cu illərdəki istilik dalğaları artıq 50 dəniz canlısı növünə mənfi təsir göstərib, bir çox hallarda onların kütləvi ölümünə səbəb olub.

Okeanoqrafların fikrincə, ekosistemlərin bərpası üçün Aralıq dənizinin sularının təxminən üçdə biri insanlardan qorunmalıdır.

Mənbə: knife.media

Share: