NATO Kosovo ətrafındakı vəziyyətə müdaxilə edə bilər

NATO-nun himayəsi altında fəaliyyət göstərən Kosovodakı Beynəlxalq Təhlükəsizlik Qüvvələri (KFOR) regiondakı vəziyyətə müdaxilə etməyə hazırdır.

Bunu çərşənbə günü NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“NATO sabitliyə təhlükə yarandığı halda, BMT mandatı əsasında vəziyyətə müdaxilə etməyə hazırdır”, – deyə Stoltenberq bbəyan edib.

Mənbə: TASS

Share: