İsrail XİN: “Türkiyə ilə diplomatik münasibətləri bərpa edirik”

“İsrail və Türkiyə arasında münasibətlərin yenidən tam diplomatik təmsilçiliyə yüksəldilməsi qərara alınıb”.

Bu barədə İsrailin Baş naziri Yair Lapid “Twitter” hesabında yazıb.

O qeyd edib ki, İsrail və Türkiyə səfir və baş konsullarını yenidən geri qaytarırlar.

“Türkiyə ilə münasibətlərin yenilənməsi regional sabitlik üçün mühümdür və İsrail vətəndaşları üçün iqtisadi baxımdan çox vacibdir.

Münasibətlərin təkmilləşdirilməsi xalqlar arasında əlaqələrin dərinləşməsinə, iqtisadi, ticari və turizm əlaqələrinin artmasına, regional sabitliyin möhkəmlənməsinə töhfə verəcək”, – deyə Lapid bildirib.

Share: