Britaniya səfiri: “Minaların təmizlənməsi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcəyik”

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin Qarabağda minaların təmizlənməsi ilə bağlı Azərbaycanla əməkdaşlığı davam etdirəcəyini bildirib.

Bu barədə o “Twitter” hesabında qeyd edib:

“Mina axtaran itlər bu çətin işin öhdəsindən əla gəlirlər. Onların sayəsində insanların həyatları daha az risk altında olur. Biz bu sahədə Britaniya-Azərbaycan əməkdaşlığını davam etdirmək və daha da genişləndirmək üçün çalışacağıq”.

 


Share: