Bayden koronavirusdan sonra ilk dəfə ictimaiyyət arasında göründü

ABŞ prezidenti Co Bayden koronavirusdan sağaldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

ABŞ prezidenti daşqınlardan zərər çəkmiş ailələri ziyarət etmək üçün Kentukki ştatının cənub-şərqinə səfər etmək məqsədilə aerodroma gəlib. O, jurnalistlərlə söhbət edib.

Xatırladaq ki, Bayden iyulun 30-dan bəri özünütəcrid rejimində olub. O, işini məsafədən davam etdirib.

Mənbə: gazeta.ru

 

Share: