İranda polislər hər iki ayağı sınan siyasi fəalı qəddar şəkildə döydülər – VİDEO

Buşehrdə polisin evinin damından itələməsi ilə yerə yıxılaraq ayaqları sınan iranlı fəal Əhmədrza Axundi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qəddar şəkildə döyülüb.

“Azad İran” “Telegram” kanalı hadisənin baş verdiyi anın görüntülərini paylaşıb.

Kadrlarda evinə polis basqını edilən siyasi fəalın dama çıxaraq “Xameneiyə ölüm” şüarları səsləndirdiyi görünür. Bu zaman onun ardınca gələn polis Axundini itələyir, bununla da kifayətlənməyərək yıxıldıqdan sonra hər iki ayağı sınan və hərəkət edə bilməyən fəalı qəddar şəkildə döyür.

Sosial media fəalları Axundinin durumunun ağır olduğu üçün Buşehr şəhər xəstəxanasına yerləşdirildiyini yazıblar.

O da bildirilir ki, bahalıq və inflyasiyaya qarşı Buşehr şəhərində geniş etiraz dalğasının baş qaldırmasından sonra hər yerə nəzarət edən mülkigeyimli məmurların sayı artırılıb.

 

Share: