Maksim Medvedev “Ferençvaroş”la oyunda iştirak etməyəcək

“Qarabağ”ın futbolçusu Maksim Medvedev Çempionlar Liqasında “Ferençvaroş”la keçiriləcək matçda iştirak etməyəcək. “Qafqazinfo” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov məlumat verib.

O bildirib ki, Maksim belindəki ağrılar səbəbindən meydana çıxmayacaq.

Qeyd edək ki, matç avqustun 9-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.


Share: