Litvada Belarusla sərhəddə istehkamlar qura bilər

Belarusla sərhəddə hərbi istehkamların tikilməsi məsələsi Litv parlamentininn milli təhlükəsizlik və müdafiə komitəsinin müzakirə mövzusu olacaq.

Bu barədə bazar günü komitənin sədri Laurinas Kasçyunas məlumat verib.

Komitə Litvanın Daxili İşlər Nazirliyi yanında Dövlət Sərhəd Mühafizə Xidmətinin nümayəndələrini iclasa çağırıb.

“Bizim xahişimizlə sərhəd idarəsi bölgədəki ən problemli yerlərin təhlilini hazırlayıb. Müdaxilə olarsa, düşmənin Litva ərazisinin dərinliklərinə doğru irəliləməsini ləngidə biləcək vasitələr axtaracağıq”, – siyasətçi bildirib.

Qeyd edək ki, Litva-Belarus sərhədinin uzunluğu təxminən 680 km-dir. O, həm də Avropa Birliyinin xarici sərhədidir.

Mənbə: TASS

Share: