Bakı-Quba yolunda tıxacla bağlı DYP-dən — Açıqlama+Yenilənib

Bakı-Quba yolunda tıxac yaranıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Oxu.az məlumat yayıb.

Bildirilib ki, yolun hər iki istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.

***

“Qafqazinfo”ya Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən bildirilib ki, bazar günü olması səbəbindən bölgələrdən paytaxt istiqamətinə nəqliyyat axını var və buda yollarda hərəkət intensivliyinin artması ilə müşahidə olunur: “Ancaq qeyd olunduğu kimi Bakı-Quba yolunda böyük tıxac yaranmayıb. Hazırda YPX əməkdaşları yollarda hərəkəti tam formada nizamlayırlar. Bir daha sürücülərdən yollarda təmkinli olmağı, tələskənlik nümayiş etdirməməyi və yollarda hərəkətin nizamlanmasında fasiləsiz xidmət aparan YPX əməkdaşlarına lazımi köməklik göstərmələrini xahiş edirik”.


Share: