Ukrayna taxılını daşıyan gəmilərin Bosfordan keçməsinə icazə verildi — Yenilənib

 

Kənd təsərrüfatı məhsulları daşıyan 4 yük gəmisi Ukrayna limanlarını tərk edərək İstanbula yola düşüb.

Müstəqil.Az “Qafqazinfo”ya istinad edərək  xəbər verir kİ, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, 6 min ton günəbaxan yağı daşıyan “Mustafa Necati” gəmisinin İtaliyaya göndərilir. “Star Helena” 45 min ton günəbaxan toxumu ilə Çinə yollanır. 66 min ton qarğıdalı daşıyan “Glory” İstanbula, 44 min ton qarğıdalı daşıyan “Riva Wind” gəmisi isə İsgəndəruna çatır.

Gəmilər Ukrayna limanlarını tərk edib, onlar İstanbulun şimalında lövbər salacaq və Birgə Koordinasiya Mərkəzi tərəfindən yoxlanılacaq.

***

İstanbul Birgə Koordinasiya Mərkəzi yoxlamadan sonra Ukraynadan taxıl daşıyan “Polarnet” və “Rojen” quru yük gəmilərinin Bosfor boğazından keçməsinə icazə verib.

Share: