Gürcüstan Azərbaycanın Londondakı səfirliyinə hücumu pisləyib

Gürcüstan xarici işlər naziri İlia Darçiaşvili Azərbaycanın Londondakı səfirliyinə qarşı törədilmiş təxribatla əlaqədar azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib.

Bu barədə Gürcüstan XİN-nin açıqlamasında bildirilib.

Qeyd olunub ki, İlia Darçiaşvili söhbət zamanı ölkəsinin Azərbaycana tam dəstəyini vurğulayıb.

“Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili bu gün azərbaycanlı həmkarı ilə telefonla danışıb və avqustun 4-də baş vermiş hadisəyə görə tam dəstək və həmrəylik ifadə edib”,- deyə məlumatda qeyd olunub.

Mənbə: APA

Share: