Türkiyə şəhid verdi

“Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə hərbçisi çavuş Reşat Ergin terrorçu qüvvələrin açdığı atəş nəticəsində şəhid olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, edilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Milli Müdafiə Nazirliyi və nazir Hulusi Akar şəhidin ailəsinə başsağlığı veriblər.


Share: