Laçında həlak olan şəhidimizin nəşi ailəsinə təhvil verildi — Fotolar

Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində həlak olan Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu Xudiyev Samir Səməd oğlunun nəşi ailəsinə təhvil verilib. 

“Qafqazinfo” xəbər verir ki, şəhidimiz səhər saatlarında Bakının Sabunçu rayonu, Qala Ramana qəbiristanlığında dəfn olunacaq.

 



Share: