“Kəpəz”in kapitanı dəyişdi

Dördillik fasilədən sonra futbol üzrə Azərbaycan Premyer Liqasına qayıdan “Kəpəz”in kapitanı dəyişib.

“Qafqazinfo” klubun rəsmi saytına istinadən xəbər verir ki, bundan sonra kapitanlıq sarğısını Tural Axundov daşıyacaq. Otuz dörd yaşlı müdafiəçi 2015/2017-ci il mövsümlərində də Gəncə təmsilçisinin kapitanı olub.

Əli Səmədov və Rauf Əliyev isə klubun vitse-kapitanları olacaq.

Qeyd edək ki, “Kəpəz” ilk turda bu gün “Dalğa Arena”da “Zirə”ni qəbul edəcək.


Share: