Goranboyda ağır yol qəzası — Ölən və yaralananlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə Goranboy-Tərtər yolunun rayonun Xanqərvənd kəndindən keçən hissəsində baş verib.

Belə ki, idarəetməni itirən sürücü əvvəlcə avtomobili yol kənarındakı ağaca çırpıb, zərbənin gücündən maşın yoldan bir neçə metr kənara aşıb.

Ağır qəza zamanı 33 yaşlı Əli Babayev hadisə yerində dünyasını dəyişib.

Sürücü və daha bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Elmar Əli


Share: