Belçikada inflyasiya son 25 ilin ən yüksək səviyyəsinə çatıb

Belçikada 2022-ci ilin ikinci rübündə inflyasiya 9,9 faiz təşkil edib.

Bu, “Eurostat” agentliyinin müvafiq məlumatların toplanmasına başladığı 1997-ci ildən bəri ən yüksək göstəricidir.

Belçika İqtisadiyyat Nazirliyinin qiymət monitorinqi mərkəzinin məlumatına görə, aprel-iyun aylarında ölkədə enerji qiymətləri 64,3 faiz artıb ki, bu da ümumilikdə inflyasiyaya ən çox təsir edən amil olub.

Həmçinin, ölkədə ərzaq qiymətləri də 6,5 faiz bahalaşıb.

Mənbə: TASS

Share: