Londonda səfirliyin binasında yenidən bayrağımız dalğalanır — Video

Azərbaycanın Londondakı səfirliyinə bir qrup radikal dini dəstənin hücumu zamanı çıxarılan dövlət bayrağı yenidən bərpa edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

Qeyd edək ki, avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, Azərbaycan bayrağını endiriblər.

Hücum “Mehdinin xidmətçiləri ittifaqı” (“The Mahdi Servants Union”) dini qrupunun üzvləri tərəfindən təşkil olunub. Polisin keçirdiyi əməliyyat zamanı 8 nəfər saxlanılıb.


Share: