Çin Yerin məsafədən zondlama peykini orbitə çıxardı

Çin ətraf mühitin monitorinqi üçün TECIS Yerin məsafədən zondlama peykini, eləcə də müxtəlif məqsədlər üçün daha iki kiçik peyki uğurla orbitə buraxıb.

Bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat verib.

“Avqustun 4-də saat 11:08-də “Çançjen-4B” daşıyıcı raketi Tayyuan kosmodromundan buraxılıb. Missiya uğurlu şəkildə tamamlanıb”, – deyə korporasiyanın bəyanatında qeyd edilir.

CASC-nin məlumatına görə, bu aparat dünyanın ilk uzaqdan zondlama peykidir. Bu peyk meşələr tərəfindən karbonun udulmasının həm aktiv, həm də passiv şəkildə məsafədən zondlanmasını həyata keçirir.

Mənbə: İnterfaks

Share: