İspaniyada naməlum mənşəli hepatitdən ilk uşaq ölümləri qeydə alındı

İspaniyada mənşəyi məlum olmayan hepatitdən ilk uşaq ölümləri qeydə alınıb.

“Qafqazinfo” İspaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 6 yaş və 15 aylıq iki uşaq qaraciyər transplantasiyasından sonra dünyasını dəyişib. Artıq ölkədə təxminən 50 uşaqda xəstəliyə yoluxma faktı müəyyən olunub.


Share: