Həkimi Baydenin səhhətindən danışdı

“ABŞ Prezidenti Co Baydenin COVID-19 testi müsbət çıxmasına baxmayaraq, hazırda vəziyyəti yaxşıdır”.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə onun həkimi Kevin O’Konnor bildirib:

“Prezident bu gün özünü çox yaxşı hiss edib. Lakin o, hələ də öskürür. Bu səhər COVID-19 testinin nəticəsi müsbət çıxıb”.

Qeyd edək ki, Bayden iyulun 14-də koronavirusa yoluxmuşdu. Bir müddət sonra sağalsa da, iyulun 30-da yenidən koronavirusa yoluxmuşdu.


Share: