Bu gün “Neftçi” – “Rapid” matçı var

Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edən “Neftçi” bu gün III təsnifat mərhələsində ilk matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, bakılılar doğma azarkeşləri önündə Avstriya “Rapid”ini qəbul edəcək.

“Bakcell Arena”da keçiriləcək qarşılaşma saat 21:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 11-də Vyanada keçiriləcək.

Konfrans Liqası

III təsnifat mərhələsi

İlk oyun

4 avqust


21:00. “Neftçi” (Azərbaycan) – “Rapid” (Avstriya)

Baş hakim: Dario Bel (Xorvatiya)

Bakı. “Bakcell Arena”


Share: