Susuzluqdan özündən gedən tısbağanı həyata qaytardılar

Türkiyənin Ərzincan vilayətində elektriklər yolda hərəkətsiz vəziyyətdə olan tısbağaya rast gəliblər.

Onlar susuzluqdan tələf olmaq təhlükəsi ilə üzləşən tısbağaya əlləri ilə su içdirdərək heyvanı ayılda biliblər.

Həmin anları mobil telefonuna çəkən şəxs görüntüləri sosial şəbəkələrdə paylaşıb.

Mənbə: İHA

Share: