Şahmat Olimpiadası: Azərbaycanın qadın millisi növbəti qələbəsini qazanıb

Qadınlardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində keçirilən Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

“Report” xəbər verir ki, VI turda Qazaxıstan seçməsi ilə üz-üzə gələn yığma rəqibini 3:1 hesabı ilə məğlub edib.

Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva görüşlərini qalibiyyətlə başa vurublar. Günay Məmmədzadə və Gövhər Beydullayeva isə sülhə razılaşıblar.

Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda Finlandiyanı 4:0, III turda Yunanıstanı 2,5:1,5, IV turda İsraili 3:1 hesabı ilə üstələyib. Milli komanda V turda isə Ukrayna ilə heç-heçə edib – 2:2.

Şahmat Olimpiadası

VI tur

Qadınlar

Azərbaycan – Qazaxıstan – 3:1

Günay Məmmədzadə – Jansaya Əbdumalik – 0,5:0,5

Gövhər Beydullayeva – Bibisara Assaubayeva – 0,5:0,5

Gülnar Məmmədova – Kseniya Balabayeva – 1:0

Ülviyyə Fətəliyeva – Qulisxan Naxbayeva – 1:0

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Share: