Qurban Qurbanov: “Daha çox iş görmək lazım olacaq”

“Oyundan çox razı qaldım. Möhkəm, topla yaxşı davranmağı bilən komandaya qarşı oynayırdılar”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Macarıstanın “Ferentsvaroş” komandası ilə 1:1 hesablı heç-heçə etdikəri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis futbolçuların dayanmadığını və sonadək vuruşduğunu bildirib: “İkinci hissədə qol epizodlarımız da oldu. İlk matçda rəqibi sonadək tanımırsan, Cavab matçında bu istək, bu inamla daha yaxşı oynayacağımıza inanıram.

Qurbanov hələlik müdafiəyə transfer barəsində düşünmədiklərini söyləyib: “Bugünkü futbolçular da əsas heyət olduqlarını göstərdilər. Cavab matçında dəyişəcək bir şey yoxdur. Sadəcə, daha çox iş görmək, güc sərf etmək lazım gələcək. Bəzi detalları aradan qaldırmağa, səfərdə yaxşı nəticə əldə etmək üçün hər şeyi etməyə çalışacağıq”.

Share: