Bu gün “Qarabağ” – “Ferensvaroş” matçı var

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” bu gün növbəti matçına çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, Qurban Qurbanov rəhbərlik etdiyi kollektiv ÇL-in üçüncü təsnifat mərhələsinin ilk matçında doğma azarkeşləri önündə Macarıstan çempionu “Ferensvaroş”u qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 20:00-da səsləndiriləcək.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 9-da keçiriləcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyun

3 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Ferensvaroş” (Macarıstan)

Baş hakim: Andreas Ekberq (İsveç)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu


Share: