“Azəriqaz”ın baş direktoru canlı yayımda müraciətləri dinləyəcək

Avqustun 3-də saat 15:00-da feysbuk sosial şəbəkəsi üzərindən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin canlı yayımı planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda deyilir. 

“Siz qaz təsərrüfatına dair istənilən sualla canlı yayımda baş direktora müraciətlərinizi edə bilərsiniz”, – deyə məlumatda qeyd olunur. 


Share: