Puta Dəniz Limanında gəmi yanır — Yenilənir

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Share: