Ağdaşda üç uşaq atası intihar etdi

Ağdaş rayon sakini intihar edib. 

Oxu.Az-ın məlumatına görə, 1969-cu il təvəllüdlü Əliyev Zafər Şanı oğlu özünü iyulun 31-də şəhər ərazisindəki su arxına atıb.

Onun meyiti kanaldan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, o, üç uşaq atası olub.

İlhamə Əbülfət 

Share: