Dünyaşöhrətli italyan brendi “Carpisa” artıq Azərbaycanda — Fotolar

İyulun 31-da Bakıda dünyaşöhrətli “Carpisa” italyan brendinin ilk mağazasının möhtəşəm açılışı oldu.

Sahəsi 187 kv.m. mağazanın açılışı “Gənclik Mall” ticarət mərkəzində baş tutub.

Mağazanın interyeri dəbli və müasir dizaynı ilə fərqlənir: metal, ağac və şüşənin vəhdəti butikin eleqant layihələndirilməsindən xəbər verir və məhsulların geniş çeşidi ilə tanış olmağa imkan yaradır.

2001-ci ildə təsis olunan “Carpisa” italyan markası dünyanın 40 ölkəsində 600-dan çox ticarət nöqtəsinə malikdir.

Rahat və gözoxşayan məhsulları ilə tanınan “Carpisa” bazarda geniş məhsul çeşidləri, yüksək keyfiyyət və əlverişli qiymətlərlə seçilir.

“Carpisa” kişi və qadınlara dəri və eko çantalar, çamadanlar, portfellər, müxtəlif dəbli pulqabları və digər aksessuarlar təklif edir.

Kişi üçün məhsullar biznes, turizm və yol çantalarının geniş seçimindən ibarətdir.

“Gənclik Mall”da yeni “Carpisa” mağazası dəbli çimərlik və ekoloji təmiz materiallardan yol çantaları, çamadanlar, notbuk üçün çantalar, gün ərzində qidanı isti və təzə saxlayacaq rəngbərəng lanç termoçantaları və digər malların təqdim olunduğu yay kolleksiyası ilə açılıb.

Açılış mərasimində, tanınmış blogerlər və mətbuat nümayəndələri iştirak ediblər. Açılışda iştirak edən qonaqlar və paytaxt sakinləri bütün dünyada məşhur olan, ən yeni zərif italyan məhsulları təklif edən yeni butiki çox bəyəndilər.

İtalyan musiqi sədaları altında qonaqlara yüngül furşet təklif olundu.

Dəbli dizaynı və möhtəşəm keyfiyyəti ilə istehlakçıların rəğbətini qazanmış ‘Carpisa’, ilk növbədə, italyan üslubu və əlverişli qiymətə yüksək keyfiyyət deməkdir. ‘Carpisa’nın Azərbaycan bazarına çıxması strateji bir həlldir. ‘Gənclik Mall’ Carpisa markası üçün uyğun bir yer olaraq seçilmişdir.

Qeyd edək ki, yaxın günlərdə ‘Carpisa’brendin daha bir mağazası da “Dəniz Mall”- da müştərilərin xidmətinə təqdim olunacaq.

İtalyan koloritini öz üslubuna əlavə etmək və eyni zamanda tamamilə yeni alış-veriş təcrübəsi əldə etmək istəyən hər kəs mütləq “Gənclik Mall” ticarət mərkəzində “Carpisa” mağazasına baş çəkməlidir.

Maraqlanan şəxslər yeni məhsullar, mövcud kampaniyalar, eləcə də endirimlər haqqında ətraflı məlumatı şirkətin rəsmi Instagram səhifəsinə keçid edərək əldə edə bilərlər.

Ünvan: Fətəli Xan Xoyski küç., 14, “Gənclik Mall” TM, 2-ci mərtəbə.


Share: