Bu gün Çempionlar Liqasında 5 matç var

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start veriləcək.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə 5 qarşılaşma baş tutacaq.

Azərbaycanlı azarkeşlərin maraqla gözlədiyi qarşılaşmalardan biri Bolqarıstanda baş tutacaq. Yığmamızın üzvü Mahir Emrelinin çıxış etdiyi Zaqreb “Dinamo”su səfərdə “Lüdoqorets”in qonağı olacaq.

Azərbaycanı qitənin bir nömrəli yarışında təmsil edən “Qarabağ” isə Macarıstan “Ferentsvaroş”unu sabah qəbul edəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi, ilk oyunlar

2 avqust

21:00. “Şerif” (Moldova) – “Viktoriya” (Plzen, Çexiya)

21:45. “Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya)

22:00. “Monako” (Fransa) – PSV (Niderland)

22:45. “Yunion” (Belçika) – “Reyncers” (Şotlandiya)

23:00. “Benfika” (Portuqaliya) – “Midtüllann” (Danimarka)


Share: