Rusiyanın qərargahı vuruldu — Yaralılar var

Rusiyanın Qara dəniz Donanmasının qərargahına pilotsuz uçuş aparatından zərbə endirilib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Sevastopol qubernatoru Mixail Razvojayev teleqram kanalında bildirib:

“Rusiyanın Qara dəniz donanmasının qərargahına Ukrayna Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatı tərəfindən hücum edilib, beş nəfər yaralanıb”.

Qubernator qeyd edib ki, şəhərdə Hərbi Dəniz Qüvvələri Günü şərəfinə keçirilən bütün bayram tədbirləri təhlükəsizlik məqsədilə ləğv edilib.


Share: