“Qarabağ”ın “Ferenstvaroş”la oyunlarında VAR-dan istifadə olunacaq

“Qarabağ”ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstan “Ferenstvaroş”u ilə oyunlarında video-köməkçi hakim (VAR) sistemindən istifadə olunacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. Bildirilib ki, 3-cü təsnifat mərhələsinin bütün matçlarında ilk dəfə VAR tətbiq olunacaq.

UEFA VAR qurğusunu çatdırmaq üçün klublar və televiziya yayıma cavabdeh olan müvafiq telekanallarla sıx əməkdaşlıq edir.

Qeyd edək ki, “Qarabağ”la “Ferentsvaroş” arasında  ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə keçiriləcək. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.


Share: