Sarkisyanın qardaşı oğlu həbsdən çıxdı

Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyanın qardaşı oğlu Ayk Sarkisyan həbsdən azad edilib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Ermənistan Respublika Partiyası Şurasının üzvü Tiqran Vardanyan sosial şəbəkədə yazıb.

Qeyd edək ki, mayın 31-də Sarkisyanın qardaşı oğlu və Sünik şəhərinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu mayın 30-da üçüncü hökumət binası qarşısında kütləvi iğtişaşlarda iştirak etməkdə ittiham edilərək saxlanılmışdı. Ayk Sarkisyan iki ay müddətinə həbs edilmişdi.


Share: