Göygöldə avtomobil yol kənarındakı maneə çırpılıb, xəsarət alanlar var

Göygöl rayonunda yol qəzası olub.

“Report”un Qərb bürosunun məlumatına görə, hadisə Göygöl şəhər ərazisində qeydə alınıb.

Belə ki, “KİA” markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı maneə çırpılması nəticəsində 1977-ci il təvəllüdlü N. Həsənova və 2004-cü il təvəllüdlü Ə.Həsənova xəsarət alıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb. N.Həsənovanın vəziyyəti orta-ağır, Ə.Həsənovanın vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Share: