Nəsimi rayonunda şəhid ailələri və qazilərlə görüş keçirilib — Foto

Nəsimi rayonunda Ağsaqqallar Şurasının üzvləri, şəhid ailələri, 44 günlük müharibənin qaliblərinin iştirakı ilə tədbir keçirilib.

İstirahət məqsədilə təşkil edilən tədbir Novxanıda yerləşən istirahət mərkəzində baş tutub. 

İcra başçısının müavini Gülarə Verdiyeva bildirib ki, Nəsimi Rayon İcra Hakimiyyəti qələbədən sonrakı müddət ərzində 26 şəhid ailəsini himayəsinə götürüb: “Bundan əlavə, Vətən müharibəsində iştirak edən və müxtəlif dərəcəli travma və xəsarətlər almış 105 nəfəri (bunlardan 51-in əlillik dərəcəsi müəyyən edilmişdir) lazımi qayğı ilə əhatə edib. Nəsimi rayon ərazisində qeydiyyatda olan 37 şəhid ailəsi və 39 Vətən müharibəsi əlili Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə mənzil növbəsinə qəbul olunub, onlardan 24 şəhid ailəsi və 28 vətən müharibəsi əlili artıq yeni mənzillərlə təmin olunub. Bundan əlavə, Rayon İcra Hakimiyyətinin müraciəti əsasında şəhid ailələri və Vətən müharibəsi iştirakçılarından 56 nəfər, həmçinin 12 şəhid ailə üzvü işlə təmin olunub”.

Bundan əlavə, tədbirdə şəhid atası İsgəndər İsgəndərov, professorlar İmamverdi Həmidov, Qalib Qarayev və başqaları da çıxış ediblər. 

Sonda xatirə fotosu çəkilib.

 


Share: