Azərbaycan Mərkəzi Bankı: “Mir” ödəniş sisteminə dair müzakirələr aparılır”

Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Mir” ödəniş sisteminin Azərbaycanda fəaliyyət göstərməsi imkanlarını müzakirə edir.

“Report” xəbər verir ki, bunu qurumun baş direktoru Fərid Osmanov bildirib.

“Bu məsələ siyasi və iqtisadi məqamlar nəzərə alınmaqla, aidiyyəti dövlət qurumlarının iştirakı ilə, eyni zamanda Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunur. Yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə açıqlanacaq”, – o deyib.

Share: