İkinci yaylaq festivalında kəlağayımızı təbliğ edəcəyəm…

29-31 iyul tarixində baş tutacaq ikinci yaylaq festivalında kəlağayımızı təbliğ edəcəyəm.

“Cavad xan” Tarix və Mədəniyyət fondunun təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və bir sıra dövlət qurumlarının təşkilatçılığı ilə keçirilən II Milli Yaylaq Festivalında 22 xarici ölkədən 300-ə yaxın qonağın iştirakı gözlənilir.

Xan yaylağında baş tutacaq bu el bayramı böyük sevincdi, birliyimizdi, diriliyimizdi, duruluğumuzdu. Mən özümü çox xoşbəxt sanıram ki, mən də bu möhtəşəm festivalda kəlağayımızı, milliliyimizi, toxuduğum əl işlərimi təbliğ edəcəm və təqdim edəcəm. Kəlağayımız keçmişimizdi, bizə nənələrdən ərmağandı. Bunu sevərək təbliğ edirəm və bu festivala da 150 kəlağayıyla gedirəm. Uzun illərdi bu kolleksiyanı yığmışam, saxlamışam, qorumuşam. Satmaq fikrim qətiyyən yoxdu. Yalnız istəyirəm ki, hər kəs kəlağayımızı sevsin, keçmişimizə güzgü tutsun. O kəlağayılara sevgiylə gənclərimizin tamaşa etməsi, kəlağayıda şəkil çəkdirməsi, naxışları haqqında, tarixi haqqında, istehsalı haqqında soruşmslarına sevgiylə cavab verirəm.

Festivalda 70 mindən artıq tamaşaçı olacaq. Kəlağayılara baxışları, düşüncələri yetərlidi.Festival iştirakçılarına 3 gün milliliyimiz, kəlağayımız haqqında da danışacam. Milli nə var dəyərdi, dəyərlidi. Kəlaayımızı qürurla, məhəbbətlə təbliğ edəcəm.

Azərbaycan Respublikasıniı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2022-ci il kiçik qrant müsabiqəsində Elm, Təhsil, Mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri üzrə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi olaraq “Azərbaycan kəlağayısı min illərin yadigarı” layihəmiz qalib elan olunub. Qürurvericidi, sevindiricidi, milli mənəvi dəyərlərimizə dövlətimizin qayğısıdı. Buna görə QHT Agentliyinin icraçı di rektoru Aygün Əliyevaya, agentliyin bütün əməkdaşlarına təşəkkürümü bildirirəm. Kəlağayı mədəniyyətimiz, tariximiz, yaraşığımızdır.
‘Kəlağayı sənəti və simvolizmi, ipək baş ötüklərinin hazırlanması və istifadə olunması’ başlığı altında kəlağayımız Azərbaycan respublikasının birinci vitse prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2014 -cü i ldə Uneskonun Qeyri maddi mədəni irs üzrə Reprezantativ siyahısına daxil edilmişdir. Beləliklə, 26 noyabr Azərbaycan kəlağayısı günü kimi qeyd olunur. Mirvarid Dilbazi Poeziya Məclisi olaraq bu yolda planlarımız, işlərimiz çoxdur. Qoy dünyanın hər yerinə yayılsın ki, saz bizim olduğu kimi, kəlağayı da bizimdi. Təbliğ etmək isə boynumuzun borcudu. Arzu edirəm ki, kəlağayılarımız sandıqlarda qalmasın. Qız -gəlinlərimiz baş tacı kimi istifadə et sinlər.

Güllü Eldar Tomarlı,

Mirvarid Dilbazi Poeziya Məclisinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Share: